J.Vilnöv: “Palmer bir işə yaramırdı”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Palmer Renault-da bir işə yaramayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2016-cı və 2017-ci illərdə Renault komandasında yarışmış və bu müddət ərzində cəmi 2 yarışda xal qazana bilmişdi. Buna görə də fransızlar ABŞ yarışında Palmeri təqaüdə göndərərək, əvəzinə Karlos Saynsı transfer etmişdilər.

Jak Vilnöv: “Niko Hülkenberq yaxşı performans göstərdi, amma bəzən tempi yaxşı deyildi. 2018-ci ildə Renault inkişaf etməlidir. İndi doğrudan da iki güclü sürücüləri var. Palmer heç nə edə bilmirdi. Sayns gələndən sonra komanda xatırladı ki, iki bolidləri var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*