Renault K.Maqnusseni sabah təqdim edəcək

Renault komandası 2016-cı ilin pilot heyətini sabah təqdim edəcək. Fransızların Colion Palmerlə Kevin Maqnusseni təqdim etməsi gözlənilir...

F-1.az dünən xəbər vermişdi ki, Pastor Maldonado bu il Formula1-də yarışmayacağını öz Twitter hesabı vasitəsilə bildirib. Fransızlar Maldonadonun əvəzinə Kevin Maqnussen ilə müqavilə bağlayıblar. Yeni müqavilə fevralın 3-də mətbuata açıqlanacaq.

Renault komandası Twitter vasitəsilə bildirib ki, fevralın 3-də mətbuat konfransı keçirəcəklər. Mətbuat konfransında Kevin Maqnussendən başqa komandanın yeni rəhbəri, yeni sponsoru, 2016-cı ildə yarışacaqları rəng barədə ətraflı məlumat verilməsi gözlənilir.

Qeyd edək ki, mətbuat konfransı Renaultsport.com saytında canlı yayımlanacaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*