X.Algersuari debütə hazırlaşır

Xayme Algersuari Macarıstan Qran Prisində Toro Rosso komandasında debüt etməklə Formula1 tarixində ən gənc sürücü olacaq. Bu debütün reallaşmasına artıq […]

Xayme Algersuari Macarıstan Qran Prisində Toro Rosso komandasında debüt etməklə Formula1 tarixində ən gənc sürücü olacaq. Bu debütün reallaşmasına artıq heç kim şübhə etmir, Sebastyen Burdenin müqaviləsinin pozulması barədə rəsmi məlumat 48 saat ərzində verilməlidir, onun varisi isə gənc ispan sürücü olacaq – debüt günü onun yaşı cəmi 19 il və 125 gün olacaq…

Rekordun əvvəlki sahibi yeni zellendiyalı Mayk Takuell 1980-ci ildə Kanada Qran Prisində Tyrrell-in sükanı arxasında debüt edəndə onun yaşı 19 il və 182 gün olub, bu reytinqdə ikinci sətri 1961-ci ildə İtaliya Qran Prisində Ferrari-də çıxış etmiş Rikardo Rodriqes tutur – 19 il və 208 gün.

Algersuarinin debütü Macarıstan Qran Prisinə bir neçə gün qalmış elan oluna bilər, yəni Burdenin istefasından bir neçə gün sonra. Hələlik qeyri-rəsmi məlumata görə, komanda gənc ispan sürücünü 2010-cu ilin tam mövsümünə hazırlayır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*