Wrooom-un birinci günü arxada qalıb

İtaliyanın Madonna di Kampilyo dağ kurortunda ənənəvi Wrooom tədbrinin birinci günü keçib – Ferrari və Ducati komandalarının əməkdaşlarının jurnalistlərlə görüşü […]

İtaliyanın Madonna di Kampilyo dağ kurortunda ənənəvi Wrooom tədbrinin birinci günü keçib – Ferrari və Ducati komandalarının əməkdaşlarının jurnalistlərlə görüşü artıq 22-ci dəfə baş tutub. Əsas hadisələr sabah başlayacaq, bu gün isə Fernando Alonso və Felipe Massa dincəliblər və xizək sürüblər.

Bu gün gecə Madonna di Kampilyoya Ferrari komandasının başçısı Stefano Domenikali gələcək, sabah Stefano mətbuat konfransı keçirəcək, jurnalistlərə Skuderiyanın 2012-ci ildə qarşısında duran vəzifələrdən danışdıqdan sonra onların suallarına cavab verəcək. Ferrari-nin prezidenti Luka di Montedzemolonun da sabah tədbirə qatılması gözlənilir. Sürücülərin mətbuat konfransı birisigün olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*