K.Horner: Spasız F1 Vimbldonsuz tennisə bənzəyər

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Spa trası Formual1 təqvimində qalmalıdır.

F-1.az xatırladır ki, Spa trasının müqaviləsi ilin sonunda başa çatacaq və buna görə də gələn il təqvimdə olub-olmaması müəmmalıdır. Yeni namizəd trasların artması ilə əfsanəvi Spanın təqvimdəki yeri lap təhlükəyə salır.

Kristian Horner: “Spa təqvimdəki tarixi yarışlardan biridir. Montsa, Silverstoun və Spa tarixi dəyərləri olan traslardır. Bunları qorumalıyıq. Yeni yarışların təqvimə gəlməsi əladır. Ciddi maraq var. Amma tariximizi də unutmamalıyıq. Köhnə trasların təqvimdən çıxması Vimbldonsuz Tennisə bənzəyəcək. Bu traslar tariximizin bir hissəsidir. Biz sona qədər fikrimizi deyəcəyik. Lakin sonda işin başındakı adamlara güvənməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*