Williams vertikal qanadlardan imtina edib

Britaniyanın Autosport qəzeti yazıb ki, Williams komandası yeni maşında hava kanalının önündə kokpitin kənarlarında yerləşdirilmiş vertikal aerodinamik qanadlardan imtina edib. […]

Britaniyanın Autosport qəzeti yazıb ki, Williams komandası yeni maşında hava kanalının önündə kokpitin kənarlarında yerləşdirilmiş vertikal aerodinamik qanadlardan imtina edib. Yeni reqlamentə əsasən əlavə aerodinamik elementlər qadağan olunub, amma mühəndislər qaydalarda boşluq tapmışdılar. Kiçik vertikal qanadlar arxa antiqanadın ətrafında daha stabil hava axınının formalaşmasına kömək edirdilər, amma bu elementlərdən təhlükəsizlik baxımından imtina ediblər – elementlər qəza zamanı sürücünün kokpitdən çıxarılmasına mane ola bilərdilər və FİA-nın texniki nümayəndəsi Çarli Uaytinqlə məsləhətləşmələrdən sonra qanadlar maşından çıxarılıb.

Vertikal qanadlar maşınlarda nə Barselona testlərinin son günü, nə də Xeres testlərində görünməyib. Amma BMW Sauber komandası testlərdə əlavə aerodinamik elementlərdən istifadə etsə də, çox güman ki, Melburnda biz onları da görməyəcəyik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*