14 Dekabr 2018, Cümə - 10:26

Williams-ın testlərinə R.Barrikello başlayacaq

Williams-ın testlərinə R.Barrikello başlayacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:52 - 12 Yanvar, 2011

Williams komandası test proqramını iki sürücüsü arasında bölməyi qərara alıb, amma proqramı Rubens Barrikello açacaq. Fevralın 1-də braziliyalı sürücü FW33-ün […]

Williams komandası test proqramını iki sürücüsü arasında bölməyi qərara alıb, amma proqramı Rubens Barrikello açacaq. Fevralın 1-də braziliyalı sürücü FW33-ün sükanı arxasına oturacaq ki, mühəndislərə maşının işini yoxlamaqda kömək etsin, çempionatın debütantı Pastor Maldonado isə yeni maşını bir gün sonra yoxlayacaq.

Komanda təqdimat tarixini müəyyən etməyib, həm də məlum deyil, təntənəli mərasim olacaqmı – keçən il Williams sadəcə olaraq yeni maşını testlərə çıxarmışdı. İstənilən halda, komanda Valensiya testlərinə yeni maşınla gələcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 143
Teqlər
Paylaş

logo