Williams-ın səhmləri populyardır

Williams Grand Prix Holdings Plc şirkəti öz səhnlərinə kifayət qədər sifariş alıb, səhmlər tezliklə birjaya buraxılmalıdır – bu barədə Almaniyanın […]

Williams Grand Prix Holdings Plc şirkəti öz səhnlərinə kifayət qədər sifariş alıb, səhmlər tezliklə birjaya buraxılmalıdır – bu barədə Almaniyanın Baader Bank AG bankına istinadən Bloomberg agentliyi xəbər verib.

Xatırladaq ki, Williams komandası səhmlərini martın 2-də Frankfurt birjasına çıxartmağa hazırlaşır…

Baader bankının qiymətli kağızlar şöbəsinin başçısı Kristian Baherl təsdiq edib ki, “həddən çox sifariş alınıb, sifarişlərin son tarixi fevralın 28-dir.”

Biz xəbər vermişdik ki, bir səhmin qiyməti 24-29 Avro olacaq, amma son məlumatlara görə bu qiymət 25-27 Avro olmalıdır. Satışla Münhen Baader Bank AG və İsveçrənin Bank am Bellevue AG bankları məşğul olacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*