Bütün komandalar təqdimat tarixlərini açıqlayıblar

Alfa Romeo və Haas komandaları da təqdimat tarixlərini açıqladıqdan sonra 2020-ci il maşınlarının hamısının ilk dəfə nümayiş olunduqları günlər məlum olub.

F-1.az bildirir ki, hər iki komanda mövsümöncəsi testlərin ilk günü səhər tezdən Barselona trasının pit-leynində jurnalistləri komandanın boksları önünə toplayacaq.

Williams komandası da yeni maşınını həmin gün nümayiş etdirəcək, amma fevralın 17-də komanda keçənilki maşının üzərində builki rəng çalarlarını ictimaiyyətə təqdim edəcək.

YENİ MAŞINLARIN TƏQDİMAT TARİXLƏRİ

Tarix Komanda Təqdimat yeri
11/02 Ferrari Reco Emiliya, İtaliya
12/02 Red Bull komandanın saytında
12/02 Renault Paris, Fransa
13/02 McLaren Uokinq, Britaniya
14/02 Alpha Tauri Zaltsburq, Avstriya
14/02 Mercedes Silverstoun, Britaniya
17/02 Racing Point Mondze, Avstriya
17/02 Williams komandanın saytında
19/02 Haas Barselona, İspaniya
19/02 Alfa Romeo Barselona, İspaniya
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*