Daha bir komanda təqdimat tarixini açıqlayıb

Çempionatın daha bir komandası - Aston Martin yeni mövsümün üçün hazırladığı bolidi fevralın 12-də Silverstounda komandanın bazasında təqdim edəcək.

F-1.az xəbər verir ki, Fernando Alonso və Ləns Stroll yeni AMR24-ün keçənilki maşından daha effektiv olmasına ümid edirlər.

Qeyd edək ki, Britaniya təmsilçisi təqdimat tarixini açıqlayan 4-cü komanda olub – yeni Ferrari-dən bir gün əvvəl baş tutan mərasim və digər iki komandanın – Stake və Williams-ın premyerasından bir həftə sonra baş tutacaq.

Digər komandalar yeni maşınların təqdimat tarixini hələ açıqlamayıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*