Williams rəng çalarını təqdim edib

Williams komandası 2023-cü il bolidinin rəng çalarını təqdim edib.

F-1.az bildirir ki, təqdim olunan bolid bu il yarışacaqları FW45 deyil. Komanda hələ 2023-cü il bolidinin üzərində işləməyə davam edir. Buna görə də təqdimatda şou bolidi göstərilib.

Komandanın heyətində dəyişikliklər olub. Sürücü heyətndə Latifini gənc Sarcent əvəz edib. Rəhbərlikdə isə Yost Kapitonu Mercedes-dən gələn Ceyms Vavls əvəzləyəcək. Müqaviləyə görə Ceyms işə fevralın 20-də başlamalıdır. Buna görə də o, təqdimatda iştirak etməyib.

Rəng çalarına gəldikdə isə demək olar ki, keçənilki ilə eyni rəngdədir. Boliddə tünd göy və qara cizgilər hegemonluq edir.

Bolidin üzərində ən əsas yenilik isə 2023-cü ildə onlara qatılan Gulf İnternation-un loqotipləridir.

Tədbirə Williams-ın idarə heyətinin rəhbəri Mətyu Sevic, Gulf şirkətinin idarə heyətinin rəhbəri Mayk Cons, sürücülər Aleks Elbon və Loqan Sarcent, developer pilotu Ceymi Çedvik qatılıblar.

Mətyu Sevic: “Williams Racing-in dönüşü üçün işlədiyimiz vaxtda yeni rəng çalarını təqdim etdik və sevincliyik. Çox həyəcanlıyıq və bazadakı bütün işçilərimizə çalışmalarına görə nə qədər təşəkkür etsəm, az olar.

Williams komandası yeni rəhbəri Ceyms Vavls və sürücüləri Aleks, Loqan ilə 2023-cü ildə əllərindən gələni edəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*