A.Elbon: Təəccüblü haldır

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, Britaniyada əldə etdikləri nəticələrə inana bilmir.

F-1.az xatırladır ki, vətənində 800-cü yarışını qeyd edən Williams komandası həftəsonuna çox yaxşı başlayıb. Aleks Elbon hər iki cümə sərbəst yürüşlərində 3-cü olduğu halda, Loqan Sarcent birinci sərbəst yürüşlərdə 17-ci, ikincisində isə 5-ci olub.

Aleks Elbon: “Bəzi cəhətdən təəccüblü idi. Gözlənilməz nəticə deyə bilərəm, çünki fərqli heç nə etmədik. Bizim üçün normal gün idi, amma finiş xəttini keçəndə üçüncü olduğumuzu gördüm. Bir az düşündürücüdür.

Eyni zamanda maşında özümü yaxşı hiss edirəm. İki yarış əvvəl maşına yenilik gətirdik və ən azından simulyatorda gördük ki, yüksək sürətdə aşağı sürətə nisbətən daha güclüyük.

Son iki yarışda sürətli traslarda yarışmadıq və paketin sürətli traslardakı performansını ilk dəfə gördük. Çox yaxşı görünür, amma eyforiyaya qapılmamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*