F.Massa: “Güzgülər dəyişdirilməlidir”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Karlos Saynsın Kanadadakı hərəkəti 2012-ci ildə Qrojanın Belçikada etdiyi hərəkətə bənzəyib.

F-1.az xatırladır ki, Sayns Kanada yarışının startında Qrojanla təmas yaşadıqdan sonra bolidin idarəetməsini itirərək, Felipe Massaya çırpılmışdı. İspaniyalı sürücü bundan sonra startda 3 yer itirmişdi.

Amma Felipe Massa 23 yaşlı sürücünün bu hərəkətini Qrojanın 2012-ci ilin Belçika yarışındakı qəzaya oxşadıb. Fransalı sürücü o qəzaya görə bir yarışlıq Formula1-dən kənarlaşdırılmışdı.

Felipe Massa: “Qəzanın təkrarını izlədikdən sonra gördüm ki, hər şeyi Sayns başlayıb. Qrojanın qəzasından fərqlənmir, lakin mən nəyə görə 3 yer cəza verdiklərini anlamıram. Xatırlayıram ki, Qrojana təhlükəli hərəkətinə görə bir yarışlıq uzaqlaşdırma cəzası gəlmişdi. Bəlkə indi də elə olmalı idi. Bəxtimiz gətirdi ki, heç kim zədələnmədi. Əgər daha ağır qəza olsaydı, cəzalar daha böyük olardı. Əksər insanlar kiçik səhvə görə startda 3 yer itirirlər. Çox təhlükəli hərəkətə görə də 3 yer cəza. Cəzalar çox tutarsızdır.

Əgər güzgülərində problem varsa və görmürsənsə, onları dəyişdirməlisən. FİA bu barədə araşdırma başlatmalıdır. Əgər bir nəfər güzgülərdən arxasındakını görmürsə, belə yarışmaq olmaz. Güzgülər dəyişdirilməlidir. Bu, təhlükəsizlik üçün çox vacibdir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*