Williams komandası AT&T-dən ayrılmasını rəsmən təsdiq edib

Yeni ilin əvvəlindən Williams komandasının rəsmi saytından Amerkanın AT&T şirkətinə məxsus loqotiplər götürülmüşdü – şirkət 2007-ci ildən komandanın titul sponsoru […]

Yeni ilin əvvəlindən Williams komandasının rəsmi saytından Amerkanın AT&T şirkətinə məxsus loqotiplər götürülmüşdü – şirkət 2007-ci ildən komandanın titul sponsoru idi. Bu gün tərəflərin ayrılması rəsmən təsdiq olunub – Williams-ın nümayəndəsi bu addıma səbəb kimi telekommunikasiya bazarının digər bir nümayəndəsi ilə danışıqların getməsini göstərib.

Komandadan Reuters agentliyinə bildiriblər ki, dialoq artıq son mərhələsindədir. Beləliklə, çox güman ki, 2012-ci ildə Williams yeni titul sponsoru ilə çıxış edəcək. Yəqin ki, komandanın bu sponsorunun elan olunmasından sonra Pastor Maldonadonun yoldaşının adı da açıqlanacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*