V.Bottas: Gecə yaxşı işləyən poul qazanacaq

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Portuqliyada qələbə uğrunda amansız mübarizə olacaq.

F-1.az xatırladır ki, finlandoyalı sürücü birinci sərbəst yürüşlərdə 1-ci, ikinci sərbəst yürüşlərdə isə 3-cü yeri tutub.

Valtteri Bottas: “Temp cəhətdən pis başlamadıq. Ancaq sabah yaxın mübarizə olacaq. Keçənilki kimi hiss edirəm. Tras hələ də sürüşgəndir. Xüsusən də, trasın bəzi yerlərində bolidin arxası qaçırdı. Buna görə də çətin idi. Təmiz dövrələr vurmaq asan olmadı. Yumşaq tərkiblərə keçdikcə, bolidi idarə etmək çətinləşdi. Ən yaxşı işləyən təkər Medium idi. Görüləsi çox iş var.

Tras da təkmilləşir. Asfaltla ilişmə getdikcə artır. Doğru addımlar atırıq. Sərt təkərləri qızdırmaq və işlətmək üçün vaxt lazım olur. Təkərləri yaxşı işlədən sürücü fərq yarada bilər.

Sırlanma turu yaxın keçəcək. Hazırda bir söz demək çətindir. İkinci sessiyada Soft təkərlərlə yaxşı dövrə vura bilmədim. Məncə, sessiya yaxın keçəcək. Buna görə də bu geca daha yaxşı işləyən poul qazanacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*