23 Oktyabr 2019, Çərşənbə - 06:28

Volkswagen reqlament üzrə FİA-nın qərarını gözləyir

Volkswagen reqlament üzrə FİA-nın qərarını gözləyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:02 - 07 May, 2010

Sport Bild qəzetinə müsahibəsində keçmiş Formula1 sürücüsü, hazırda Volkswagen-in idman bölməsinin rəsmi nümayəndəsi olan Hans Yoahim Ştuk bir daha təsdiq […]

Sport Bild qəzetinə müsahibəsində keçmiş Formula1 sürücüsü, hazırda Volkswagen-in idman bölməsinin rəsmi nümayəndəsi olan Hans Yoahim Ştuk bir daha təsdiq edib ki, konsern Formula1-ə maraq göstərə bilər, amma bunun üçün 2013-cü ilə yeni motor reqlamenti qəbul edilməlidir.

Reqlamentin necə olmasını isə heç kim bilmir, amma istənilən halda Volkswagen çempionata zavod komandası ilə gəlməyəcək – söhbət yalnız motor təchizatından gedir…

Hans Yoahim Ştuk: “Biz Formula1-də vəziyyəti diqqətlə izləyirik və FİA-nın yeni reqlament barədə qərarını gözləyirik – əgər vahid motor fikri dəstəklənərsə, onda konsernimiz motor təchizatı məsələsini müzakirə edəcək.

Əgər Volkswagen-in qərarı müsbət olarsa, biz çempionata yalnız təchizatçı kimi gələcəyik – söhbət Mercedes-də olduğu kimi zavod komandasından getmir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər
Paylaş

logo