Volff hələlik sürücülərdən birinə üstünlük verməyə hazır deyil

Kimi Antonelli şəxsi hesabda liderdir və komanda yoldaşı Corc Rasselli 59 xal qabaqlayır. Bununla belə, Mercedes-in rəhbəri Toto Volff hesab edir ki, titul uğrunda mübarizədə komandanın sürücülərindən yalnız birinə üstünlük verməsi üçün hələ tezdir.

Toto Volff: “Bu barədə danışmaq üçün hələ çox tezdir. Mən bir az xurafatçıyam, hərçənd Kiminin üstünlüyü 50 xaldan çoxdur. Qarşıda hələ çox yarış var, buna görə də bir və ya iki yarışdançxma titul uğrunda mübarizədə qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilər. Üstəlik, etibarlılıq baxımından göstəricilərimiz ideal deyil.

Buna görə də cümədən bazaradək hər gün maksimumumuzu verməyə davam etməliyik. Ümid edirəm ki, qələbə qazanmaq üçün bu kifayət edəcək”.