21 Avqust 2019, Çərşənbə - 03:01

T.Volff: “Etibarlılıq hesabına qazandıq”

T.Volff: “Etibarlılıq hesabına qazandıq”

Müəllif: Rauf Hacıyev, redaktor

12:21 - 01 Aprel, 2019

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bəhreyndə etibarlılıq hesabına qalib gəliblər.

F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri yarışa ikinci cərgədən başlasalar da, Sebastyan Fettelin yerinsə fırlanması və Şarl Leklerin mühərrik problemi “gümüşü oxlar”a mövsümdəki növbəti qələbə dublu gətirib.

Toto Volff: “Şarlın bəxti gətirmədi. Oradakı ən sürətli sürücü idi və qalib gəlməli idi. Amma yarışda belə hallar olur. Bəzən bəxtiniz gətirər, bəzən də gətirməz. Lyuis əla performans göstərdi. Silahı rəqiblərinkindən zəif olsa da, mübarizə apararaq, Fettelə yaxın qaldı. Nəticədə qalib gəldi. Valtteri üçün çətin yarış isi. Təkər problemi yaşadı. Bizə qələbə gətirən etibarlılığımız oldu.

Düzlüklərdə zəifik və Çində bu, çox vacibdir. Bu zəifliyimizin səbəbini təhlil etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 255
Teqlər ,
Paylaş

logo