V.Bottas Renault-ya gedir?

Mercedes komandasının sürücüsü Valtteri Bottasın meneceri Didye Koton Renault komandası ilə danışıqlara başlayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2017-ci ildə Mercedes-ə transfer olunmuş və komandanın və Həmiltonun çempionluqlarında vacib yer tutmuşdu. Lakin 30 yaşlı sürücünün yerinə Sebastyan Fettel və Corc Rasselin adları hallanır. Belə olan halda Bottas da boş dayanmayıb və özünə komanda axtarmağa başlayıb. Britaniya mətbuatının verdiyi xəbərə əsasən Valtterinin meneceri Didye Koton fərqli komandalarla danışıqlara başlayıb. Didye bir neçə gün əvvəl Renault komandasının rəhbəri Siril Abitebulla görüşüb.

Qeyd edək ki, Renault üçün Fernando Alonsonun da adı hallanırdı, amma artıq belə görünür ki, ispaniyalı sürücünün Bottas kimi güclü rəqibi var.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*