V.Bottas: “Mühərriyi tam gücdə istifadə etmədik”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yeni mühərriyi tam gücdə istifadə etməyiblər.

F-1.az xatırladır ki, Mercedes mühərriyin yeni versiyasını Kanadaya gətirə bilməsə də, Fransada, nəhayət ki, bütün müştərilərini yeni mühərriyə keçirə biliblər.

Valtteri Bottas: “Bir neçə dövrə vurdum və soyuducu maye sızıntısı yaşadım. Buna görə çox vaxt itirdim. Mühərriyimiz yeni olsa da, tam gücdə işlətmədik. Buna görə də mühərrik barədə çox şey öyrənməliyik. Məsələn, maye sızınısının səbəbini tapmalıyıq. Lakin əminəm ki, yeni mühərrikdən istifadə edəcəyik. İki sessiyada da rəqabətədavamlı idik. Ferrari cümə günləri zəif olur. Bunu da unutmaq olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*