US F1 birillik fasilə istəyir, Stefan GP isə starta hazırlaşır

FİA-nın keçmiş prezidenti Maks Moslinin büdcənin məhdudlaşdırılması hesabına çempionat iştirakçıların sayının artırılması təşəbbüsü, bir çoxlarının ehtimal etdikləri kimi, kifayət qədər […]

FİA-nın keçmiş prezidenti Maks Moslinin büdcənin məhdudlaşdırılması hesabına çempionat iştirakçıların sayının artırılması təşəbbüsü, bir çoxlarının ehtimal etdikləri kimi, kifayət qədər işlənməyibmiş. Debüt edəcək dörd komandadan yalnız Lotus və Virgin komandaları maşınlarını vaxtında qurub testlərdə iştirak etdilər və indi debüt yarışına hazırlaşırlar. FİA-dan iştirak hüququ almış daha iki komanda isə ciddi maliyyə problemlərini həll etməyə çalışır…

Əgər Campos komandası tam yenidənqurma həyata keçirdisə, US F1 komandası isə, şayiələrə görə, FİA-dan birillik fasilə istəyib – komanda 2011-ci ildə dünya çempionatında iştirak etməsi üçün zəmanət təqdim etməyə hazırdır.

Çempionatın daha bir potensial iştirakçısı – Toyota layihəsini almış Serbiyanın Stefan GP komandası ümid edir ki, federasiya komandanı starta buraxacaq, federasiya bu günlərdə iştirakçıların yekum siyahısını dərc etməlidir. Əgər US F1-ə birillik fasilə verilərsə, komanda boşalmış vakansiyanı tutmağa hazırdır. Kazuki Nakacimanın oturacaq ölçüləri götürülüb, Kölndəki bazaya bu gün Jak Vilnöv eyni prosedur üçün baş çəkəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*