18 Sentyabr 2019, Çərşənbə - 07:14

Türkiyə Qran Prisi: Yarış

Türkiyə Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:57 - 08 May, 2011

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +31° C Türkiyədə start düzümünün ilk cərgəsini mövsümdə ilk dəfə Red Bull […]

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +31° C

Türkiyədə start düzümünün ilk cərgəsini mövsümdə ilk dəfə Red Bull sürücüləri tutmuşdular. Sebastyan Fettel mövsümün dördüncü Qran Prisində dördüncü poulunu qaznmış, Mark Uebber isə bu dəfə problem yaşamyıb və RB7-nin üstünlüyünü təsdiq edib. Mercedes GP ciddi inkişafını Niko Sroberqin üçüncülüyü ilə qazanıb. Peletonda qüvvələr nisbəti bir az dəyişib və yarış kimin daha çox inkişaf etməsini göstərməli idi.

Sıralanma turunda sürücülər təkərlərə qənaət etməyə çalışırdılar – təzə təkər dəsti yarışda böyük üstünlük verə bilərdi, axı İstanbul Parkda təkərlərin yeyilməsi çox idi, xüsusən də səkkizinci döngədə.

Dünən Kamui Kobayaşi heç bir nəticə göstərməsə də, stüardlar onu yarışın startına buraxmışdılar, amma startdan əvvəl Timo Qlokun maşınında problemlər üzə çıxdı və almaniyalı sürücü yarışda iştirak etmədi.

Startda Fettel poul üstünlüyünü saxlayıb, Rosberq Uebberi qabaqlayıb, Həmilton iki mövqe geriləyib, Şumaher isə Petrovu üstələyib. Mixael və Vitaliy mübarizəni davam etdiriblər, maşınlar toqquşub, Petrov bir neçə yer itirib, Şumaher isə pitə gedərək burun elementini dəyişdirib. Fettel Rosberqdən uzaqlaşmağa başlayıb.

5-ci dövrədə Uebber Rosberqi keçib, bir dövrə sonra Həmilton Battonu qabaqlayıb, amma bir dövrə sonra Batton mövqeyini geri qaytarıb və Alonso Rosberqi keçərək üçüncülüyə yüksəlib.

9-cu dövrədə Petrov ilk pit-stopunu reallaşdırıbŞ Massa Həmiltonu üstələyib və hər iki sürücü pitə tələsiblər, amma trasa Lyuis öndə qayıdıb. 11-ci dövrədə Alonso, Uebber, Barrikello, Sutil və Haydfeld, 12-ci dövrədə Fettel, di Resta və Maldonado mexaniklərin qonağı olublar. 14-cü dövrədə Batton, Kobayaşi və Algersuari təkərlərini dəyişməklə fərqli taktika seçdiklərini briuzə veriblər. Elə bu dövrədə Həmilton Rosberqi keçib və dördüncülüyə yüksəlib.

Mixael Sutillə toqquşmadan sonra yenə də pitə tələsib, trasda isə vəziyyət stabilləşib, ilk üçlük rəqiblərindən uzaqlaşıb, amma bütün peleton boyu aktiv mübarizə davam edib – DRS sistemi bu trasda çox effektiv işləyib.

20-ci dövrədə Petrov ikinci pit-stop dalğasına start verib, bir dövrə sonra Uebber və Həmilton boksa baş çəkiblər. 23-cü dövrədə Rosberq və Haydfeld, 24-cüdə Alonso, Massa, Buemi və Kobayaşi, 26-cıda Fettel və Sutil, 27-cidə Batton yeni təkərlərlə keçiblər.

30-cu dövrədə Alonso Uebberi keçərək ikinciliyi ələ alıb, 35-ci dövrədə Həmilton, Massa və Petrov üçüncü dəfə pit-stopa müraciət ediblər və Lyuisin maşınında ön sağ təkərin bağlanmsında problemlər yaşanıb. Bir dövrə sonra Uebber, növbəti dövrədə isə Alonso pit-stop gerçəkləşdiriblər və Ferrai sürücüsü üstünlüyünü qoruya bilib. 40-cı dövrədə Haydfeld, Batton və Fettel də təkərlərini dəyişiblər.

Stüardlar Maldonadonu pit-leyndə sürət həddini aşdığı üçün pit-leyndən keçməklə cərimə ediblər, di Resta isə yarışı dayandırmalı olub. 45-ci dövrədə Rosberq sonuncu pit-stopunu keçirib, onun ardınca Uebber, Petrov, Şumaher, Alonso, Həmilton, Massa, Haydfeld və Fettel də eyni addımı atıblar. Massanın pit-stopu zamanı arxa sağ təkərin balanması uzun vaxt tələb edib.

50-ci dövrədə Həmilton komanda yoldaşı Battonu ötərək dördüncü yerə yüksəlib – Censon 3 pit-stoplu taktika seçdiyindən maşının sürəti aşağı düşüb. Bir dövrə sonra Haydfeld Petrovu, növbəti döngədə isə Uebber Alonsonu keçib. 55-ci döngədə Rosberq də Battonu üstələyib və sonuncu dövrədə Petrov 3 pit-stoplu taktika seçmiş Buemini qabaqlayıb.

Sebastyan Fettel mövsümdə 3-cü və karyerasında 13-cü qələbəsini qazanıb. Mark Uebber finiş xəttini ikinci keçməklə Red Bull-a mövsümdə ilk dubl qazandırıb, Fernando Alonso isə Ferrari-nin mövsümdə ilk podiumunu bayram edib.

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.30:17.558
02M.UebberRed BullRenault+ 0:08.807
03F.AlonsoFerrariFerrari+ 0:10.075
04L.HəmiltonMcLarenMercede+ 0:40.232
05N.RosberqMercedes GPMercedes+ 0:47.539
06C.BattonMcLarenMercedes+ 0:59.431
07N.HaydfeldLotus Renault GPRenault+ 1:00.857
08V.PetrovLotus Renault GPRenault+ 1:08.168
09S.BuemiToro RossoFerrari+ 1:09.300
10K.KobayaşiSauberFerrari+ 1:18.000
11F.MassaFerrariFerrari+ 1:19.800
12M.ŞumaherMercedes GPMercedes+ 1:25.400
13A.SutilForce İndiaMercedes+ 1 dövrə
14S.PeresSauberFerrari+ 1 dövrə
15R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
16X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
17P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
18Y.TrulliTeam LotusRenault+ 1 dövrə
19H.KovalaynenTeam LotusRenault+ 2 dövrə
20J.D’AmbrozioMarussia VirginCosworth+ 2 dövrə
21N.KartikeyanHispaniaCosworth+ 3 dövrə
22V.LiutsiHispaniaCosworth+ 5 dövrə
P.di RestaForce İndiaMercedes
T.QlokMarussia VirginCosworth

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:29.703 (48-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault93
02L.HəmiltonMcLarenMercede59
03M.UebberRed BullRenault55
04C.BattonMcLarenMercedes46
05F.AlonsoFerrariFerrari41
06F.MassaFerrariFerrari24
07N.HaydfeldLotus Renault GPRenault21
08V.PetrovLotus Renault GPRenault21
09N.RosberqMercedes GPMercedes20
10K.KobayaşiSauberFerrari8
11M.ŞumaherMercedes GPMercedes6
12S.BuemiToro RossoFerrari6
13A.SutilForce İndiaMercedes2
14P.di RestaForce İndiaMercedes2
15X.AlgersuariToro RossoFerrari0
16R.BarrikelloWilliamsCosworth0
17Y.TrulliTeam LotusRenault0
18S.PeresSauberFerrari0
19J.D’AmbrozioMarussia VirginCosworth0
20H.KovalaynenTeam LotusRenault0
21T.QlokMarussia VirginCosworth0
22P.MaldonadoWilliamsCoswort0
23N.KartikeyanHispaniaCosworth0
24V.LiutsiHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault148
02McLarenMercedes105
03FerrariFerrari65
04Lotus Renault GPRenault42
05Mercedes GPMercedes26
06SauberFerrari8
07Toro RossoFerrari6
08Force İndiaMercedes4
09Team LotusRenault0
10WilliamsCosworth0
11Marussia VirginRenault0
12HispaniaCosworth0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 261
Teqlər
Paylaş

logo