Toro Rosso-nun maraqlı müsabiqəsi

Məlum olduğu kimi bu mövsümdən yarışın gedişində maşınlara yanacaq doldurmaq qadağan olunub, ona görə də komandaların yanacaq dolduran maşınlara ehtiyacı […]

Məlum olduğu kimi bu mövsümdən yarışın gedişində maşınlara yanacaq doldurmaq qadağan olunub, ona görə də komandaların yanacaq dolduran maşınlara ehtiyacı yoxdur. Toro Rosso belə maşınlardan maraqlı istifadənin qeyri-ənənəvi üsullarından birini relizində yayıb…

Relizdə deyilir: “Yanacaqdoldurmaya qadağa qoyulduqdan sonra bizim yanacaq dolduran maşınlar heç kimə lazım olmadı. Amma onları sadəcə istehsalçıya qaytarmaq əvəzinə, biz onlardan layiqli istifadə üsulları axtarmağa başladıq. Doğma Fayensada Toro Rosso komandası yerli texniki kollec və universitetlərlə sıx əməkdaşlıq edir, tələbələrə təklif olunub ki, bu texnikadan yeni istifadə üsulları tapsınlar.

Biz ondan çox müxtəlif təkliflər aldıq, yanacaq dolduran maşını günəş batareyaları ilə işləyən soyuducuya, buxar hahamına, suyu təmizləyən sistemə çevirmək təklif olunurdu. Nəticədə münsiflər heyəti (Frans Tost, Corcio Askanelli, biznesmen Federiko Pistaççio və onun həyat yoldaşı, keçmiş “Miss Romaniya” Mariya Vanilya) Straççatella (Stracciatella – şokaladlı dondurma növü) Universitetinin tələbələrini qalib elan edib – gənc ixtiraçılar yanacaq dolduran maşını dondurma düzəldən avtomata çevirməyi təklif ediblər.

Üç qalib-tələbə və onların ixtirası komanda ilə birlikdə Malayziyaya gəlib. Komandanın qonağı olacaq ilk 25 jurnalist ev dondurmasının dadına baxa biləcək!

…amma dondurma benzin dadı versə, bizi çox söyməyin!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*