Red Bull da Pirellinin 2017-ci il üçün olan təkərlərini test edib (fotolar)

F-1.az xatırladır ki, 2017-ci ilin təkərlərinin testləri bazar ertəsi günü Fioranoda start götürmüşdü. Sebastyan Fettel və Esteban Qutyerres Pirelli-nin gələn il üçün hazırladığı yağış təkərlərini test etmişdilər.

Ferrari-dən sonra Red Bull da testlərə qoşulub. Bu gün Sebastyen Buemi 2017-ci ilin reqlamentinə uyğun modifikasiya olunmuş RB11 ilə Pirelli-nin quru təkərlərini yoxlayıb. İsveçrəli sürücü 82 dövrə vurub.

Red Bull sabah da Mugellodakı testləri davam etdirəcək. Sükan arxasında yenə də Buemi olacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*