Pirelli Azərbaycan Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk səkkiz Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xəbər verir ki, komandalar mövsümdə ilk dəfə olaraq Barselonada ən sərt üçlüyü – Hard, Medium və Soft təkərləri alacaqlar. Hard və Medium tərkibləri isə məcburi elan olunub, yəni hər bir sürücü yarışın quru havada baş tutacağı təqdirdə bu tərkiblərdən ən azı bir dəst yarışa sifariş verməli və yarışda bunların hər hansı birindən istifadə etməlidir. Maraqlıdır ki, mövsümöncəsi testlərdə sürücülər Hard təkərlərdən istifadə etməyiblər. Çünki sərin havada onları qızdırmaq xeyli çətindir.

Ötən il olduğu kimi, Pirelli Monako və Kanada yarışlarına ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirəcək. Həmin yarışlarda məcburi tərkiblər Soft və Supersoft olacaq.

Bakıdakı yarışa isə keçən il olduğu kimi, Medium, Soft və SuperSoft təkərlər gətiriləcək. Soft və Medium tərkiblər məcburi elan olunub…

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*