FİA 2012-ci ilin təqvimini təsdiq edib

Faksla səs verməklə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Formula1 çempionatının 2012-ci il mövsümü üçün təqvimini təsdiq edib – təqvimi Berni […]

Faksla səs verməklə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Formula1 çempionatının 2012-ci il mövsümü üçün təqvimini təsdiq edib – təqvimi Berni Ekklstoun komandalarla məsləhətləşmələrdən sonra Şuraya təqdim etmişdi.

Təqvimə Türkiyə yarışı daxil edilməyib, Ostində ABŞ Qran Prisinin debütü isə noyabrın 18-nə keçirilib. Mövsüm 20 Qran Pridən ibarət olacaq, martın 18-də Melburnda start alacaq və noyabrın 25-də Braziliyada başa çatacaq, yeddi yarış qoşalaşmış olacaq, amma yay fasiləsi də bir həftə uzanacaq.

Düzdür, bu da hələ təqvimin son versiyası deyil, çünki təqvimi Qran Pri təşkilatçıları da təsdiq etməlidirlər. Gələn il fevral ayında Ümumdünya Şurası son variantı təsdiq etməlidir…

1. Avstraliya Qran Prisi – 18 mart
2. Malayziya Qran Prisi – 25 mart
3. Çin Qran Prisi – 15 aprel
4. Bəhreyn Qran Prisi – 22 aprel
5. İspaniya Qran Prisi – 13 may
6. Monako Qran Prisi – 27 may
7. Kanada Qran Prisi – 10 iyun
8. Avropa Qran Prisi – 24 iyun
9. B.Britaniya Qran Prisi – 8 iyul
10. Almaniya Qran Prisi – 22 iyul
11. Macarıstan Qran Prisi – 29 iyul
12. Belçika Qran Prisi – 2 sentyabr
13. İtaliya Qran Prisi – 9 sentyabr
14. Sinqapur Qran Prisi – 23 sentyabr
15. Yaponiya Qran Prisi – 7 oktyabr
16. Koreya Qran Prisi – 14 oktyabr
17. Hindistan Qran Prisi – 28 oktyabr
18. Abu Dabi Qran Prisi – 4 noyabr
19. ABŞ Qran Prisi – 18 noyabr
20. Braziliya Qran Prisi – 25 noyabr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*