E.Okon: Performansımızı göstərə bilmədik

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, İtaliya onlar üçün çətin keçib.

F-1.az xatırladır ki, fransalı sürücü Montsada heç nə ilə yadda qalmayıb və xal qazana bilməyib.

Esteban Okon: “Bu gün bizim üçün çətin yarış oldu və xalsız qalmaq məyusedicidir. Bolid yaxşı performans göstərirdi və yarış tempimiz yaxşı idi. Amma trafikə görə performansımızı göstərə bilmədik.

Artıq Sinqapura və digər yarışlara fokuslanmalıyıq. Hər şeydən maksimum dərəcədə faydalanmaq istəyirik. Artıq digər qitədələrdəki yarışları səbirsizliklə gözləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*