Mercedes qumar oynayıb

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, almanlar onu transfer etməklə qumar oynayıblar.

F-1.az xatırladır ki, Əllison 2014-cü ildə Ferrari-yə transfer olunmuş və 2016-cı ildə həyat yoldaşı Rebekkanın dünyasını dəyişməsi ilə “qırmızılar”ın sıralarını tərk etmişdi. Lakin Mercedes komandası 2017-ci ildə britaniyalı mühəndisi heyətinə qatmışdı. O dövrdən etibarən “gümüşü oxlar” 3 dəfə Mühəndislər Kubokunda, 3 dəfə də Sürücülər Çempionatında qalib olublar.

Ceyms Əllison: “Üstündən dörd il keçsə də, hələ də yas saxlayıram. Elə günlər var idi ki, işdən evə qayıdanda maşınımda ağlayırdım. Nəyin doğru olduğunu bilmirəm. O vaxtlar bir çıxmamaq şərtilə bir quyuya düşmək istəyirdim. Ancaq Toto mənə şans verdi və vaxt keçdikcə özümü daha güclü və işə yarayan hiss etdim. Bekka ölsə də bir işə yaradığıma inandım. Ümid edirəm ki, Totonun oynadığı qumarı doğrultmuşam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*