Toro Rosso ərəb sərmayədarlarına satılır?

Yeni ilin ilk günlərində şayiələr yayılıb ki, Toro Rosso komandası satılacaq: İsveçrənin Blick qəzeti bildirib ki, komandanı ərəblər ala bilərlər, […]

Yeni ilin ilk günlərində şayiələr yayılıb ki, Toro Rosso komandası satılacaq: İsveçrənin Blick qəzeti bildirib ki, komandanı ərəblər ala bilərlər, Sebastyen Buemi isə komandada yerini saxlayacaq.

Britaniyalı jurnalist Co Savar öz bloqunda yazıb ki, Toro Rosso-nun satılması barədə söz-söhbət çoxdan gəzirdi: komanda cəmi 30 milyon dollara satılır, amma komandanın yeni sahibi onun müəyyən öhdəlikərini ödməyi də boynuna götürməldiir.

Bir əvvəl də komanda satışa çıxarılmışdı, amma iqtisadi vəziyyət Red Bull konserninin başçısı Diter Mateşiçi başqa addım atmağa məcbur etdi: o Toro Rosso-ya kapital yatırmağa davam etdi ki, komanda alıcılar üçün daha cəlbedici olsun.

Red Bull komandası hər iki titulu qazandıqdan sonra, çox güman ki, Mateşiç bütün resurslarını keçənilki uğurun inkişafına yönəldəcək və bu vəziyyətdə Toro Rosso-nun satılması məntiqi addımdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*