Albert Pakda komandalar əlavə təkər dəsti alacaqlar

Pirelli şirkəti Formula1-ə qayıdır. Bu Avstraliya Qran Prisində baş verəcək – 19 il 4 ay və 24 gün əvvəl Pirelli […]

Pirelli şirkəti Formula1-ə qayıdır. Bu Avstraliya Qran Prisində baş verəcək – 19 il 4 ay və 24 gün əvvəl Pirelli dünya çempionatında sonuncu yarışını keçirmişdi – maraqlıdır ki, həm yarış da Avstraliya mərhələsi idi. Adelaidanın küçələrindəki həmin yarış güclü yağış üzündən artıq 14-cü dövrədə dayandırılmışdı…

Bu dəfə hava proqnozu isti hava vəd edir, komandalar mövsümöncəsi testlərdə belə isti havada işləməyiblər, ona görə də çempionat iştirakçıları reqlamentə edilmiş yeni dəyişikliklərə əsasən cümə günü əlavə bərk tərkibli təkər dəsti alacaqlar. Bununla komandalar yarışa daha yaxşı hazırlaşa biləcəklər.

Pol Hembri: “BU tarixi anı biz çoxdan gözləyirdik, bir ildən çox hazırlaşırdıq və indi çox şadıq ki, vaxta az qalıb. Bizim təkərlər elə hazırlanıb ki, indiyə qədər Formula1-də istifadə olunan bütün təkərlərdən fərqlənir, amma güman edirəm ki, testlərin gedişində komandalar bol məlumat toplaya biliblər.

Biz ümid edirik ki, Avstraliyada komandalara iki və ya üç pit-stop lazım olacaq, düzdür, adətən biz çalışırıq ki, adi yol maşınları üçün hazırladığımız təkərlər daha böyük resursa malik olsunlar. Amma Formula1 başqa aləmdir – komandalar və seriyanın promouteri bizim qarşımızda yarışların marağının artırılması vəzifəsini qoyublar.

Bunu unutmayaarq, biz maraqla gözləyirik ki, komanda və sürücülər təkərlərin imkanlarından necə istifadə edəcəklər, strategiyalar necə fərqlənəcək. Biz müxtəlif maşınlarda təkərdən istifadənin fərqlənməsini artıq görürük, ona görə də real yarışda bu fərqin necə olmasını görmək bizə də maraqlıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*