22 Avqust 2019, Cümə axşamı - 15:36

FİA növbəti dəfə qadağanı geri götürüb

FİA növbəti dəfə qadağanı geri götürüb

Müəllif: Rauf Hacıyev, redaktor

10:51 - 27 May, 2016

FİA Monaco QP-dən etibarən tətbiq etməyi planlaşdırdığı vizor plyonkasının atılması qaydasında geriyə addım adıb.

F-1.az xatırladır ki, FİA mövsümün əvvəlində bildirmişdi ki, bu ildən etibarən vizor plyonkasının trasa atılması qadağan ediləcək. Ancaq o açıqlamadan sonrakı reaksiyaları görən FİA, bu qadağanı İspaniya QP-yə qədər təxirə saldığını bildirmişdi. İspaniyada isə növbəti dəfə bəyan etdi ki, bu qadağa Monako yarışına qədər təxirə salınır.

Daha sonra bu mövzuda nə edilə biləcəyi ilə bağlı müzakirələr aparılıb. Əvvəlcə bildirilib ki, sürücülər bu plyonkaları sürücü kabinəsində saxlaya bilərlər, amma sonra bunun yanğına səbəb ola biləcəyi üzə çıxıb.

FİA vəziyyətin bu yerdə olduğunu gördükdən sonra, qadağanı geri götürdüyünü komandalara bildirib.

Mercedes AMG-nin texniki direktoru Pəddi Lou bildirib ki, sərbəst yürüşlərdə vizor plyonkalarını tullamaq yenə qadağan olunacaq. Yarışda isə vizorlar üçün sadəcə 2 ədəd plyonkaya icazə veriləcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 499
Teqlər , ,
Paylaş

logo