Bukmeykerlər gələn il S.Fettelin qələbəsinə səs veriblər

Britaniyanın mötəbər William Hill bukmeyker idarəsi artıq gələn ilin çempionatı üçün reytinq tərtib edib. Düzdür, komandalar heyətlərini tam açıqladıqdan sonra […]

Britaniyanın mötəbər William Hill bukmeyker idarəsi artıq gələn ilin çempionatı üçün reytinq tərtib edib.

Düzdür, komandalar heyətlərini tam açıqladıqdan sonra reytinqə düzəlişlər ediləcək, amma hələlik bukmeykerlərin reytinqlərinə sonuncu dünya çempionları – şəxsi hesabda Sebastyan Fettel, Mühəndislər Kubokunda isə Red Bull komandası başçılıq edirlər.

Hərçənd, həmişəki kimi, bu yalnız proqnozdur – keçən il bu vaxtı bukmeykerlər Lyuis Həmiltonu çempion görürdülər, Fettel isə Fernando Alonsodan sonra üçüncü idi.

Şəxsi hesabda qələbə:
1. S.Fettel – 3.50
2. F.Alonso – 4.00
3. L.Həmilton – 4.33
4. N.Rosberq – 10.00
5. M.Uebber – 11.00
6. C.Batton, M.Şumaher – 13.00
7. F.Massa – 21.00
8. R.Kubitsa – 26.00
9. A.Sutil – 67.00
10. R.Barrikello, N.Hülkenberq – 101.00
11. K.Kobayaşi, V.Petrov – 126.00
12. S.Buemi, X.Algersuari – 151.00
13. P.Maldonado – 201.00
14. S.Peres, P.di Resta, N.Haydfeld – 251.00
15. T.Qlok, H.Kovalaynen, B.Senna, Y.Trulli – 501.00

Mühəndislər Kubokunda qələbə:
1. Red Bull – 2.50
2. McLaren, Ferrari – 3.50
3. Mercedes GP – 9.00
4. Renault – 15.00
5. Williams – 34.00
6. Force İndia – 51.00
7. Sauber – 81.00
8. Lotus – 101.00
9. Toro Rosso – 151.00
10. Virgin, Hispania – 501.00

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*