Stella: Piastrinin problemləri texniki xarakter daşıyır

Bir çoxu Oskar Piastrinin "tükəndiyini" və ya psixoloji problemlər yaşadığını deyir, buna görə də o, ötən mövsümün ilk yarısındakı qədər uğurlu deyil. Lakin McLaren komandasının rəhbəri Andrea Stella fərqli düşünür.

Andrea Stella: “Keçən il də görmüşdük ki, maşına trasla ilişmə çatmayanda, necə ki, o vaxt Mexiko və ya Ostində belə olmuşdu, Oskar pilotaj üslubunu, düşüncə tərzini və yarışa yanaşmasını uyğunlaşdırmağa məcbur qalır. Bu isə müəyyən səy tələb edir və nəticədə hər dövrədə bir neçə onluq itirir.

Məsələ ondadır ki, belə vəziyyətdə hər şey gözləntilərə uyğun olanda olduğu kimi instinktiv davrana bilmir, informasiyanı emal etməli olur. Yəni bu, təbii üslubunu maşının xüsusiyyətlərinə uyğunlaşdırmalı olduğun haldır.

Oskarın üzləşdiyi problemlər psixoloji deyil, tamamilə texniki xarakter daşıyır. Zandfortda Oskar dövrədə yaxşı tempi göstərirdi, yarışda isə nəticəsinə iki amil təsir etdi.

Birincisi, bu, komandanın məsuliyyətidir, Rassellin hərəkətinə cavab vermək üçün pit-stopa girəndə, əslində ləng pit-stop üzündən mövqe itirdik. Bu, Oskarın yox, komandanın günahıdır.

İkincisi, Hard təkərlərlə ikinci hissədə şinləri iş rejiminə sala bilmədik. Onlar çox aşağı ilişmə rejimində qaldılar, halbuki ilk hissədə belə problem yox idi. Aydındır ki, üzərində işləməli olduğumuz bir neçə məqam var.

Əlavə etmək istəyirəm ki, hazırda ən azı üç komandanın nəticələri cəmi bir onluq fərqlənir və nəsə optimal işləməyəndə bu, mövqelərdə ciddi itkiyə səbəb ola bilər. Maşınınız hansısa məqamda geri qalırsa, altıncı ola bilərsiniz.

Rəqabət çox sərtdir. Biz Oskarla bütün imkanlardan istifadə edərək işləməyə davam etməliyik və bu həftəsonu gördüyüm irəliləyişdən razıyam. Əminəm ki, mövsümün qalan hissəsində bu, daha da qabarıq görünəcək”.

,