Stefano Domenikali: “V8 mühərriklərinə keçid ehtimalı kifayət qədər yüksəkdir. FİA prezidenti bunu doğrudan da istəyir və biz də onu bu məsələdə dəstəkləyirik.
Düşünürəm ki, gələcəkdə sürücülərə daha çox qulaq asacağıq. Mən həmişə onların fikrinə önəm vermişəm. Onlar bizim idmanın əsas qəhrəmanlarıdır. Mən bunu həmişə demişəm və yenə də təkrarlamağa hazıram.
Müasir güc qurğularını tənqid edərkən unutmayın ki, onlar bizə istehsalçılardan gəlir. Bir neçə il əvvəl istehsalçılar məhz bu istiqamətdə irəliləmək istəyirdilər və bizim üçün bu, mahiyyət etibarilə seçim məsələsi idi: ya razılaşırsınız, ya da motorsuz qalırsınız. Amma ətrafımızdakı dünya dəyişir, idman da dəyişir”.





