S.Domenikali: 24 yarış ideal saydır

Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, təqvim üçün ən ideal yarış sayı 24-dür və onlar bunu qorumaq istəyirlər.

F-1.az xatırladır ki, son illərdə təqvimdə yarışların sayı artıb. Bu ilə 24 yarış planlaşdırılsa da, daha sonra Çin və İmola müxtəlif səbəblərdən təqvimdən çıxmış və say 22-yə düşmüşdü. Dünən açıqlanan növbəti mövsümün təqvimində isə 24 yarış var.

Stefano Domenikali: “Bu il hədəflədiyimiz saya çatmadıq, amma bunun səbənlərini çox yaxşı bilirsiniz. Gələn il hədəfimiz 24 yarışdır. 24 Formula1 üçün düzgün saydır. Bazarın da bu saya ehtiyacı var. Bazar və işin qarışıq loqistika tərəfi üçün doğru balansın belə olacağına inanıram. Bundan başqa stabillik üçün də hədəfimiz bu saydır”.

Qeyd edək ki, hazırda təqvimdə 3 Amerika yarışı var və gələcəkdə bunun artması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*