Niko Rosberq: “Həmin anda hesab olunurdu ki, Corc sürət baxımından xeyli geri qalacaq və Ferrari sürücüləri ona, hətta pit-stopdan sonra Kimi komanda yoldaşının arxasında qalsaydı, ona da təhlükə yarada bilərdilər. Belə alınırdı ki, komanda birdən-birə iki mövqeyi riskə atırdı.
Vəziyyət çox mürəkkəb idi. Onlar həqiqətən də dəhşətli bir qərar verməli oldular və mən komandanın yerində olmaq istəməzdim. Əgər mən Corcun yerində olsaydım, bu mənə çox ağır gələrdi. Bu onun üçün əsl fəlakətə çevrilə bilərdi.
Eyni zamanda, komandanın qərarını anlamaq olar, çünki mən Mercedes qaydalarını çox yaxşı bilirəm. Hamı onlara əməl etməlidir. Həmin anda bu, ədalətli idi – əgər komandanın nəticəsi təhlükə altına düşürsə, hər iki sürücü onun maraqları naminə hərəkət etməlidir.
Vaxtilə mən də Monakoda Lyuisi buraxmalı olmuşdum, baxmayaraq ki, onunla titul uğrunda mübarizə aparırdıq. Zandfortda də oxşar vəziyyət yaranmışdı – arxada olan Ferrari-nin iki sürücüsü komandanın nəticəsinə təhlükə yaradırdı, buna görə də Mercedes-də komanda taktikası tətbiq olunmalı idi və sürücülər əmri yerinə yetirməli idilər.
Düşünürəm ki, bu, ədalətli idi, sonra isə Corc üçüncü yeri qoruyub saxlamaqla əla iş gördü”.





