20 Avqust 2019, Çərşənbə axşamı - 09:18

Team Lotus gələn il podium qazanmağa ümid edir

Team Lotus gələn il podium qazanmağa ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:16 - 08 Mart, 2011

Adətən belə olur ki, dünənki yeni komandalar da qarşılarına ciddi məqsədlər qoyurlar – bu, sponsor axtarışında kömək edir və gələcək […]

Adətən belə olur ki, dünənki yeni komandalar da qarşılarına ciddi məqsədlər qoyurlar – bu, sponsor axtarışında kömək edir və gələcək inkişafa ruhlandırır. Team Lotus da istisna deyil. Keçən debüt ilində komanda özü kimi yeni komandalar arasında birinci olmuşdu, bu il isə komanda təcrübəli rəqibləri ilə mübarizə aparmağı planlaşdırır, gələn il mütəmadi xal qazanmaq və podiuma namizəd olmaq. Perspektiv proqramı menecer Qrəhəm Uotson səsləndirib…

Qrəhəm Uotson: “Bu il biz təcrübəli komandalarla mübarizə aparmaq istəyirik, gələn il isə mütəmadi xal qazanmağa və imkan olarsa, podiuma qalxmağa çalışacayıq. 2013-cü ildə isə komandanın məqsədi öz qüvvəmizlə podium uğrunda mübarizə aparmaq və nə vaxtsa qələbə qazanmaq olacaq.

Məncə, bu il ən yaxşı şansımız Monakoda olacaq – knyazlığın küçələrində keçən yarış həmişə lotereyanı xatırladır, yarış gözlənilməz nəticələrlə bitir. Bəlkə başqa traslarda da bizim maşın rəqabətədavamlı olacaq, amma hələlik qüvvələr nisbətini söyləmək çətindir.

Biz keçən il qarşılaşdığımız problemlərin təkrar olunmasını gözləmirik. Keçən il hidravlik problemlər bizi bütün mövsümboyu izləyirdi, amma indi biz Red Bull-un hazırladığı ötürmələr qutusundan istifadə edəcyik. Ümumilikdə bizim maşınımız çox effektivdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər
Paylaş

logo