T.Purşer: Formula E seçim deyil

Keçən mövsüm Formula2-də ikinci yeri tutan Teo Purşer belə görünür ki, bu il də Formula2-də yarışacaq.

F-1.az xatırladır ki, 19 yaşlı pilot növbəti mövsümdə Sauber komandasında ehtiyat sürücü olacaq.

Teo Purşer: “Sözün açığı, çempion olsam da, Formula1-də yarışa bilməyəcəkdim. Vəziyyətin bu hala düşməsində bir neçə faktor var. Bu idman da belədir. Buna görə də problem yoxdur.

Hələ çox gəncəm və 2024-cü ilə hazır olmaq üçün çox işləməliyəm. Xəyalım bir gün Formula1-də çıxış etməkdir və çempionluq qazanmaqdır.

Diger seriyalarla maraqlanmıram. GT-də ya da Formula E-də yarışmaq marağımda deyil. Əgər Formula1-ə gedə bilməsəm, bunlar seçim ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*