ART GP komandası ilk cərgəni tam zəbt edib

Bəhreyndə F1 çempionatının dəstək yarışı olan Formula2 seriyası da start alıb. Bugünkü sərbəst yürüşlərdən sonra gənc sürücülər mövsümün ilk sıralanma turunu keçiriblər.

F-1.az xəbər verir ki, 11 komandanı təmsil edən 32 sürücü dərhal trasa axışıb. Əvvəlcədən aydın idi ki, əsas mübarizə veteranlar arasında gedəcək.

Sürücülər iki ardıcıl qızdırma dövrəsindən sonra sürətli cəhdlərə başlayıblar. İlk sürətli dövrələrdən sonra ART Grand Prix komandasının sürücüsü Teo Purşer protokollara başçılıq edib. Alfa Romeo komandasının test və ehtiyat sürücüsü Ralf Boşunqu 0.2 saniyə qabaqlayıb.

Bir qədər nəfəs dərdikdən sonra sürücülər növbəti cəhdə çıxıblar. İkinci sətirdə sürücülər bir-birini əvəz etsələr də, Purşerin nəticəsini yaxşılaşdıran olmayıb. Keçən ilin vitse-çempionu isə öz nəticəsini daha 0.7 saniyə yaxşılaşdırıb. Beləliklə, mövsümün əsas favoriti mübarizəyə poulla başlayıb. Yekun cəhdində onun debütant komanda yoldaşı Viktor Marten ikinci olub. ART GP bazar günü əsas yarışda ilk cərgədən start alacaq.

İkinci cərgəni isə Niderland komandaları qazanıblar. VAR-dan niderlandlı sürücü Riçard Fershor 3-cü, Niderlandın məşhur Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Dennis Hauqer isə 4-cü nəticə göstəriblər.

Sabah baş tutacaq qısa (sprint) yarışda ilk onluq reversiv start alacaq. Ona görə də ilk cərgədə Campos-dan Ralf Boşunq və Trident-dən Roman Stanek dayanacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*