Frederik Vesti inamlı qələbə qazanıb

Səudiyyə Ərəbistanında gənc sürücülərin Formula2 çempionatında mövsümün 2-ci mərhələsi bu gün baş tutan əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, dünənki qısa yarışı podiumda başa vuran Viktor Marten pouldan yaxşı tərpənməyib və ilk döngədə Oliver Birmanı irəli buraxıb. Viktorun komanda yoldaşı Teo Purşer startda daha çox yer itirib və geriyə düşüb.

Üçüncü yerə yüksələn Cək Duhən Viktora bir neçə hücum edib, fransalı sürücü yerini müdafiə edərək 2 saniyəyədək uzaqlaşmış Birmanla fərqi azaltmağa başlayıb.

Artıq 7-ci dövrədə məcburi pit stoplar başlayıb və Duhən liderlər arasında boksa yollanan ilk sürücü olub. Onun arxasında olan Frederik Vesti də təkərlərin dəyişmək qərarına gəlib və Prema-nın mexanikləri daha yaxşı işləyərək, danimarkalı sürücünü trasa daha tez göndəriblər.

Növbəti dövrədə yarışın liderləri Birman və Marten də boksa yönəliblər. Eyni ardıcıllıqla trasa qayıdan sürücülər arasında gərgin mübarizə başlayıb və 10-cu dövrədə Viktor rəqibini qabaqlaya bilib.

Bu zaman yarışa fərqli strategiyada olan Artur Lekler başçılıq edib, onu 4 saniyə arxadan Riçard Fershor təqib edib.

Bərk təkərlərini qızdırdıqdan sonra Vesti sürətini artırıb və Birmanı keçib. Bir neçə dövrədən sonra Martenə çatan Mercedes Akademiyasının sürücüsü liderlik uğrunda mübarizəyə başlayıb.

Pressinq altında keçənilki F3 çempionu Marten səhvə yol verib, 22-ci döngədə maşın yerində fırlanıb, motor sönüb.

Bundan sonra Vesti sadəcə öndəki sürücülərin boksa səfərini gözləyib.

Bu dəfə Arturun mexanikləri ləngiyiblər və Fershor onun önündə qalıb. Bir neçə hücumla 6-cı yerə qədər yüksəlib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*