Bəhreyndə Formula2 və Formula3-ün mövsümöncəsi testləri keçiriləcək

Bəhreynin Saxir trasında 2023-cü il mövsümünün başlaması ərəfəsində Formula2 və Formula3 testləri keçiriləcək.

F-1.az xəbər verir ki, gənc sürücü seriyalarının təşkilatçıları mövsümün elə Bəhreyndə keçiriləcək ilk mərhələsinə iki həftə yarım qalmış üçgünlük – 14-16 fevral tarixlərinə testlər təyin ediblər.

2022-ci ildə olduğu kimi, testlərin hər bir günündə sürücülər trasda növbə ilə işləyəcəklər – nahara qədər tras Formula2 komandalarının ixtiyarında olacaq və birsaatlıq nahar fasiləsindən sonra trasa Formula3 bolidləri çıxacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*