23 May 2019, Cümə axşamı - 21:06

Formula2-də poulun sahibi bəlli olub

Formula2-də poulun sahibi bəlli olub

Müəllif: Elçin Zodorov, redaktor

16:52 - 26 Aprel, 2019

Formula1-in ilk məşqlərində kanalizyasiya qapağının yerindən çıxmasına görə baş verən qəzadan sonra Formula2-nin sıralanmasının vaxtında başlayacağı sual altında idi. Lakin trasdakı bütün qapaqların yoxlanılması prossesi vaxtında başa çatdırılıb.

F-1.az bildirir ki, Formula2-nin sıralanma turu az öncə başa çatıb. Carlin komandasının pilotu Nobuharu Matsuşita hamıdan sürətli olaraq poulu əldə edib – 1:54.555. İkinci yerin sahibi Nik de Vris ona 0.444 saniyə uduzub. Hazırda çempionatın lideri olan Luka Gyotto 1:55.037-lik nəticə ilə ilk üçlüyə düşə bilib.

Əfsanəvi Mixael Şumaxerin oğlu Mik Şumaxer bu seriyada hələ özünü yaxşı tərəfdən göstərə bilmir – Bəhreyndəki yarışlarda 8-ci və 6-cı olan Mik Bakıdakı sıralanma turunda da yalnız 6-cı nəticəni göstərə bilib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər ,
Paylaş

logo