Duhən Monzada poul qazanıb

Monzada gənc sürücülərin Formula2 çempionatında mövsümün sondan əvvəlki mərhələsinin sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, sessiya axşam keçirildiyi üçün hava soyumağa başlayıb, asfaltın temperaturu 30 dərəcəyədək düşüb.

Sürücülər iki dövrə təkərləri qızdırdıqdan sonra sürətli dövrələrə başlayıblar. İlk cəhdlərdən sonra Ayumu İvasa liderliyə yüksəlib. İki braziliyalı – Enzo Fittipaldi və mövsümün lideri Felipe Druqoviç ona az da olsa, uduzublar.

Sessiyanın son 10 dəqiqəsində sürücülər ikinci cəhdlərə çıxıblar. Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Felipe Druqoviç liderliyi ələ alıb. Son dəqiqələrdə onun nəticəsini əvvəlcə Markus Armstronq, sonra isə Liam Louson yaxşılaşdırıblar.

Ən sonda isə Virtuosi komandasının sürücüsü Cək Duhən poula sahib çıxıb.

Titula namizəd olan Teo Purşer isə sadəcə 14-cü nəticə ilə kifayətlənib, ona görə də Felipe atıq bazar günü titulu rəsmiləşdirə bilər.

Şənbə günü qısa (sprint) yarışa reversiv qaydaya görə pouldan Purşerin komanda yoldaşı Frederik Vesti başlayacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*