F.Vesti Prema Racing-ə keçib

Prema Racing bu il F2-də ART Grand Prix komandasında çıxış edən və mövsümü 9-cu yerdə vuran gənc danimarkalı sürücü ilə müqavilə bağladıqlarını elan edib.

F-1.az xatırladır ki, Frederik 2020-ci ildə Formula3-də debüt ilində də italyan komandanın tərkibində çıxış edib. Daha bir il əvvəl isə birlikdə Formula Avropa Regional Çempionatında qalib olublar.

Frederik Vesti: “2023-cü ildə Prema Racing-ə qoşulacağam – bu əla xəbərdir. Mən bu komandanı 2019-cu ildən tanıyıram, Formula Regional Avropa çempionatında birlikdə zəfər qazanmışıq. Prema əla komandadır və inanıram ki, onlarla F2-də çempionluq uğrunda mübarizə aparmaq üçün ən yaxşı fürsəti əldə edəcəm. Çox arzularım var və inanıram ki, bu komanda ilə arzularımı gerçəkləşdirə bilərəm. Gələn il çempionatda rəqabət çox gərgin rəqabət olacağına şübhə yoxdur, lakin növbəti mövsümdə bir qayda olaraq yüksək səviyyədə çıxış etmək üçün əlimdən gələni edəcəyəm.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*