A.Sutil məhkəmə qarşısına çıxacaq

Keçən ilin sonunda məlum olmuşdu ki, Adrian Sutil yanvar ayında məhkəmə qarşısına çıxacaq – Adrian Çin Qran Prisində Lyuis Həmiltonun […]

Keçən ilin sonunda məlum olmuşdu ki, Adrian Sutil yanvar ayında məhkəmə qarşısına çıxacaq – Adrian Çin Qran Prisində Lyuis Həmiltonun qələbəsinə həsr olunmuş gecə məclisində Şanxayın M1NT klubunda Lotus Renault GP komandasının həmsahibi Erik Lyuksa bədən xəsarətləri yetirməkdə günahlandırılır.

Münhen prokurorluğunun nümayəndəsi jurnalistlərə bildirib ki, insidentin araşdırılması 30-31 yanvarda baş tutacaq. Məhkəmənin qərarından sürücünün Formula1-də karyerasının davam etməsi asılı olacaq – Adrian və danışıqlarda iştirak edən komandaların nümayəndələri pul cəriməsinə ümid edirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*