D.Fellouz: Ötmələrin çətinləşməsinə dair sübut yoxdur

İlk beş mərhələdən sonra bir çox sürücülər bu il ötmələrin çətinləşdiyini qeyd ediblər.

F-1.az xatırladır ki, sürücülər bunu DRS zonalarının qısaldılması və maşınların rəqibləri yaxından təqib etməyi çətinləşdirən xüsusiyyətləri ilə izah ediblər. Bununla belə, Aston Martin-in texniki direktoru Den Fellouz əslində telemetriyaların ötmələrin çətinləşdiyini göstərmədiyini deyir.

Den Fellouz: “Mən oxşar söhbətləri eşitmişəm, lakin ötmənin çətinləşdiyini göstərən heç bir məlumatla rastlaşmamışam. Bu məsələdə sürücülərin öz fikirləri var, lakin biz hamımız görmüşük ki, pilotluq konkret maşının xüsusiyyətlərindən asılıdır – fərqlərin səbəbi budur. Artıq bir neçə yarış geridə qalıb, amma ötmənin çətinliyindən danışmaq hələ tezdir. Biz Bakıda belə söhbətlər eşitmişik, lakin əvvəlki mərhələlərdə heç bir xüsusi problem yox idi.

Ötmə imkanları mütləq trasın xüsusiyyətlərindən asılıdır. Ən parlaq nümunə Monakodur. Hamı əvvəlcədən bilir ki, yarışda ötmə imkanları məhdud olduğundan maşını sıralanma turuna hazırlamağa əsas diqqət yetirilməli olan nüansdır. Mövsüm boyu ötmələri daha asan və əksinə daha çətin olduğu traslara səfər edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*