Aston Martin tamamilə yenilənmiş AMR23-ü təqdim edib

Astom Martin komandası builki bolidləri AMR23-ü təqdim edib. Bolidi keçənilki AMR22 ilə müqayisə etsək, AMR23-ün inqilab olduğunu deyə bilərik.

F-1.az xatırladır ki, “yaşıllar” keçən il gözləntiləri qarşılaya bilməmiş və mövsümü 7-ci yerdə bağlamışdılar. Lakin keçən ilin ikinci yarısında inkişaf edən komanda bu ildən daha yaxşı nəticələr gözləyir.

Komandanın texniki direktoru Den Fəllovs bildirib ki, builki bolidləri əvvəlkindən 95 faiz fərqlənir: “Yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirsinizsə, bir yerdə otura bilməzsiniz. AMR23 keçən mövsümün ikinci yarısındakı bolidin təkmilləşmiş versiyasısıdır. Bu bolidin ən vacib hissələrini inkişaf etdirdik.

Bu mövsümə daha cəsur və aqressiv başlayırıq və keçən ildən dərs almışıq. AMR23 ilə inkişaf etmişik. Bundan başqa bolidin aqressivliyindən əmin olmaq istədik. Buna görə də mühəndislərimiz arasında yarış da oldu. Məncə, bolidin dizaynında görürsünüz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*