S.Fettel: Soçi Montsanın əksidir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel növbəti Rusiya yarışından xalla ayrılmaq istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il sadəcə 4 yarışdan xalla ayrıla bilib. Dördqat Dünya Çempionu daha əvvəl Soçi Avtodromunda 3 dəfə podiuma yüksəlib.

Sebastyan Fettel: “Soçih Montsanın əksi olan trasdır. Burada çoxlu döngə var və sükan arxasında həmişə işləməlisiniz. Burada bir neçə sürətli hissə və uzun düzlük var. Lakin yavaşdöngəli texniki zonalara görə ən yaxşı sazlanmaları tapmalıyıq. Yaxşı sazlanma tapıb, xal qazanmağa çalışacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*