L.Stroll: Sıralanma əsl test olacaq

Aston Martin komandasının sürücüsü Ləns Stroll düşünür ki, sıralanma turları sürücülər üçün əsl test olacaq.

F-1.az xatırladır ki, kanadalı sürücü bu il İmola və Mayamidə xal qazana bilib.

Ləns Stroll: “Monakonu hər il səbirsizliklə gözləyirəm. Bura əsl şəhər tipli trasdır və burada tayı bərabəri olmayan mübarizə olur.

Yeni nəsil bolidləri dar döngələrdə sürmək çətindir. Buna görə də sıralanma turu sürücülər üçün və bolidlər üçün əls test olacaq. Burada ötmə etmək çətindir və bu da nəticəyə təsir edə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*