L.Stroll: Alonso pis adam idi

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, uşaq olanda Alonsoya pis adam kimi baxırmış.

F-1.az xatırladır ki, Alonso 2006-cı ildə Şumaxerlə çempionluq uğrunda mübarizə aparmış və qalib gəlmişdi. O vaxt 8 yaşı olan Stroll isə ispaniyalı pilota hekayənin pis adamı kimi baxırmış.

Ləns Stroll: “Fernandonu 2006-cı ildə Mixael Şumaxerlə mübarizə apardığı zaman televizordan izləyirdim. Şumaxer fanatı idim və Alonso mənim gözümdə pis adam idi. Yenə də onu izləmək həyəcanlı idi. Hələ də elədir. Hazırda peletondakı ən yaxşı pilotlardandır. 42 yaşı olmasına baxmayaraq, çox yaxşıdır. Onunla yarışmaq həyəcanlı olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*